https://www.zirve.edu.az/ #
2021-10-07 10:35:00
“Kaş tələbə olmağımı atam da görə biləydi” - Şəhid OĞLU  

Bu il ali təhsil müəsisəsinə qəbul olunan tələbələr arasında 5 şəhid övladı da var. Tələbə adı qazanmış şəhid övladları bu gözəl duyğunu atasız yaşadılar.

Tələbə olaraq ilk dəfə ali məktəb qapısını açan Şəhid Azər Şəmilovun oğlu Fədayət Şəmilov təəssüratlarını Modern.az-la bölüşüb:


Fədayət, bəzi gənclər hələ lap uşaqlıqdan hansısa ixtisas üzrə təhsil almağı arzulayır. Sənin necə, qəbul olunduğun ixtisas üzrə təhsil almaq arzun var idi?

  • Belə deyim, atam riyaziyyat fənnini çox yaxşı bilirdi, mən də həmçinin. Birlikdə həmişə riyaziyyat məsələləri həll edər, müzakirələr aparardıq. O, məni “riyaziyyatın atası” adlandırardı. Riyaziyyatı yaxşı bilən birisindən məncə yüksək perspektivli maliyyəçi çıxar. Bacarıqlarımı nəzərə alaraq maliyyə ixtisasını özümə daha uyğun bildim.


    - Hazırda dərslərin necə gedir? Universitet həyatına uyğunlaşa bilirsən?

    - O qədər də yaxşı getmir. Mən tələbəliyi daha maraqlı təsəvvür etmişdim. Təəssüflər olsun ki, elə deyilmiş. Uyğunlaşmaq məsələsinə gəldikdə isə hələ ki qrup yoldaşlarımı və heyəti demək olar ki tanımıram. Zamanla yəqin ki, uyğunlaşaram.

    - Təhsil aldığın universitetdə atanın şəhid olduğunu bilirlər?

    -Xeyr, bilmirlər. Sadəcə dekanlıq bilir. Düzü bu barəsində danışmaq istəmirəm. Çünki yaralı yerimdir...

    - Səncə, atan ali məktəbə qəbul olubduğunu bilsəydi hansı hissləri keçirərdi?

    - Atamın ən böyük arzularından biri idi ki, mən ali məktəbə qəbul olunum. Düzdür, bu yolda əsas amil olan atamı, dayağımı itirdim. Amma bu onun arzusuydu, mən onu həyata keçirməliydim. Şükürlər olsun ki, bunu bacardım. Kaş ki, doyunca yaşaya bilmədiyim sevincimə o da şərik olardı...

    - Atanın səninlə bağlı hansı arzuları var idi? Səni gələcəkdə necə biri olaraq görmək istəyirdi?

    - Az öncə qeyd etdiyim kimi atamın ən böyük arzularından biri mənim universitetə qəbul olunmağım idi, əfsus ki, bunu görə bilmədi. Atam məni həmişə yüksək zirvələrdə görmək istəyirdi.

    - Gələcək bağlı planların nələrdir? İxtisasın üzrə çalışmaq istəyirsən, yoxsa fərqli sahə seçəcəksən?Azərbaycan ordusun leytenantı Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1986-1988-ci illərdə Kimya-Biologiya təmayüllü liseydə təhsil alıb. 1994-2000-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində vuruşub. İkinci Qarbağ müharibəsi zamanı da şücaətlə döyüşüb. Müharibə zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb. 2020-ci il oktyabrın 14- də Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Vəfatından sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. Şəhid zabitimiz Bərdə rayonunun Kələntərli kəndində dəf olunub.

    - İxtisasım üzrə ölkəmizdə təhsil almaq, çalışmaq istəyirəm. Təcrübə qazandıqdan sonra təhsilimi xaricdə davam etdirməyi düşünürəm. İnformasiya texnologiyaları ixtisasına da çox marağım var, gələcəkdə həmin istiqamət üzrə də təhsil almağı planlaşdırıram.