https://www.zirve.edu.az/ #
2021-09-07 17:59:00
Ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı ilə bağlı alternativ mərkəzlər fəaliyyətə başlayıb  

Ali məktəblərə qəbul olanların müvafiq təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5, eləcə də (+994) 51 206 78 48 vatsap nömrəsi ilə müraciət etmək olar.

 

Alternativ qeydiyyat mərkəzlərinin siyahısı Təhsil Nazirliyinin saytında verilib.

 

Qeyd edək ki, ali məktəblərə qəbul olan abituriyentlər sentyabrın 20-dək müvafiq təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.

 

Azərtac