https://www.zirve.edu.az/ #
2021-08-02 13:17:00
MİQ və qəbul imtahanları-Ötən həftənin TƏHSİL İCMALI

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 26 iyul-1 avqust təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Tələbələrdən COVID-19 pasportu tələb ediləcək:

 

 

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.

 

 

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb:

 

 

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.

 

 

Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.

 

 

Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır:

 

 

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatıb.

 

 

II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlanıb:

 

 

İyulun 14 və 15-də keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub. Nəticələrlə tanış olmaq üçün  iş nömrənizi 7727-ə göndərə bilərsiniz.

 

 

II və III ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb, 18 nəfər imtahandan xaric olunub:

 

 

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

 

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib

 

 

Avqustun 11-də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 11-də keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə (şagirdlər) müraciət edib.

 

 

DİM-dən verilən məlumata görə, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

 

I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib:

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

 

Mərkəzdən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

 

 

İmtahana gələn 4 nəfərdə mobil telefon aşkarlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

 

4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları