Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 17:37:00
Bu il paytaxt məktəblərinin IX siniflərini 34 mindən çox şagird bitirib  

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 34 min 874 şagird bitirib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, cari tədris ilində paytaxt məktəblərindən ümumilikdə 55 min 44 şagird məzun olub. Belə ki, paytaxt məktəblərinin XI siniflərini 20 min 24 nəfər, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 şagird bitirib.