Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 11:36:00
Blok imtahanlarında abituriyentləri kütləvi güzəştlər gözləmir-Təhsil eksperti əsas səbəbi AÇIQLADI

Qəbul imtahanları iyul ayında keçirilməyə başlanacaq. DİM tərəfindən abituriyentlərə hər hansı güzəştlər tətbiq olunacaqmı?

 

AzEdu.az mütəmadi olaraq təhsil ekspertlərinin proqnozlarını təqdim edir:

 

“Qarşıda abituriyentləri blok imtahanları gözləyir. İyul ayının ikinci yarısından sonra birinci şans, avqust ayının əvvəli isə ikinci şans qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, imtahanlarda abituriyentləri kütləvi güzəştlər gözləmir. Çünki buraxılış imtahanlarında abituriyentlərin nəticələri gözlənildiyindən yüksək oldu”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil və qəbul  məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, abituriyentləri birinci şans imtahanına ciddi hazırlaşmağa çağırıb:

 

“Buraxılış imtahanlarından sonra abituriyentlərdə arxayınlıq hiss olunur”

 

“DİM sədri Məleykə Abbasadə açıqlamasında bildirdi ki, pandemiyadan asılı olaraq ikinci şans imtahanları keçirilməyə bilər. Koronavirus pandemiyasının hansı formada irəliləyəcəyini bilmirik. Bu səbəbdən birinci şans imtahanına ciddi hazırlaşmaq lazımdır. Bunu DİM sədri də açıqlamasında xüsusi vurğuladı. Ümid edirəm ki, karantin şərtləri sərtləşməyəcək və abituriyentlər ikinci şans imtahanından faydalana biləcəklər. Buraxılış imtahanlarından sonra abituriyentlərdə arxayınlıq hiss olunur. Bunu dərk etmək lazımdır ki, buraxılış imtahanlarının yüksək balı qəbuldakı ilə toplandıqda müsaiqədə iştirak edib müəyyən ixtisası seçmək olur”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları