Azedu.az

Ali məktəblərə və kolleclərə ərizə verən abituriyentlərin sayı açıqlandı  

9 İyun 2021, 16:12
Ali məktəblərə və kolleclərə ərizə verən abituriyentlərin sayı açıqlandı  

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatıb.

Dövlət İmtahan Mərkəzində bildirilib ki, ərizə verən abituriyentlərin sayı 85951-dir. I-IV qrup üzrə 71177 abituriyent ərizə verib. Onlardan 64919-u Azərbaycan, 6258-i rus bölməsindəndir.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55808 nəfərdir, onlardan 51881-i Azərbaycan, 3927-si isə rus bölməsidir.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 60084 nəfərdir. Onlardan 57085 nəfəri Azərbaycan, 2989 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox