https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-27 17:40:00
AMEA-nın ümumi yığıncağı keçirilib  

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, ümumi yığıncaq hibrid rejimdə təşkil olunub. İştirakçıların diqqətinə gündəlikdə duran məsələlər çatdırılıb.

 

Qeyd olunub ki, AMEA respublikamızda elmi fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən dövlət təşkilatıdır. Elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmi-tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi akademiyada həyata keçirilən islahatların əsasını təşkil edir.

 

Ümumi yığıncaqda qurumun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Bildirilib ki, AMEA-nın elmi müəssisələrində 157 problem, 540 mövzu üzrə 1618 elmi-tədqiqat işi aparılıb, 134 mühüm elmi nəticə əldə edilib. Akademiyanın alimləri tərəfindən 550-yə yaxın kitab, 7 mindən artıq məqalə və tezis çap olunub, onlardan təxminən 2700-ü xaricdə nəşr olunub.

 

Məruzə ətrafında aparılan müzakirələrdə akademiyanın qarşısında duran vəzifələrdən danışılıb, təkliflər irəli sürülüb.

 

Sonda təşkilati məsələlərə baxılıb.