Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 16:27:00
Bu müəllimlərə MİQ-də güzəşt ediləcək  

10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər olaraq, müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, bu barədə miq.edu.az saytının sual-cavab bölməsində məlumata verilib:

 

SUAL: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

 

CAVAB:  Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.