Azedu.az

 MİQ-də fənn bilikləri ilə yanaşı daha nələr yoxlanacaq? -Nazirdən cavab

8 May 2021, 16:39
 MİQ-də fənn bilikləri ilə yanaşı daha nələr yoxlanacaq? -Nazirdən cavab

 

 

“MİQ-də fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələri yoxlanılacaq”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev facebook canlı yayımında deyib.

 

 

O qeyd edib ki, bu da bəzən narazılıqlar yaradır:

 

 

“Bu il 50 mindən artıq namizədlərin müəllimlərin işə qəbulu prosesində iştirakını gözləyirik. Təxminən 8000-9000 minə yaxın şəxsin iş yeri ilə təmin edilməsi planlaşdırılır. Müsabiqə o deməkdir ki, bir qisim insan qalib gələcək, digərləri isə iş yeri qazana bilməyəcək. Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox