Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 15:17:00
DİM-də SAT imtahanları keçirilib

Mayın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında SAT (SAT və SAT Subject) imtahanları təşkil olunub.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda ümumilikdə 90 nəfər (87 nəfər SAT, 3 nəfər isə SAT Subject) iştirak edib. Onlardan 5-i əcnəbi olub.

COVID-19 pandemiyası ilə əlaqədar görülən ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Növbəti SAT imtahanlarının 2021-ci il iyunun 5-də keçirilməsi nəzərdə tutulur. İmtahanlara qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.