Azedu.az

Bruklində atışma: dörd uşaq xəsarət alıb

Hadisə

5 İyul 2026, 09:36
Bruklində atışma: dörd uşaq xəsarət alıb

ABŞ-nin Müstəqillik Gününün qeyd olunması zamanı Bruklində (Nyu-York) baş verən atışmada səkkiz nəfər yaralanıb.

AzEdu.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Axşam saatlarında Bruklində pirotexnika şousunu izləyərkən dördü uşaq olmaqla, səkkiz nəfər atışma zamanı yaralanıb", - deyə nəşr qeyd edir.

Dəqiqləşdirilib ki, atışma Koni-Aylenddə, atəşfəşanlıq şousunun planlaşdırıldığı sahilin yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən yeddisinin vəziyyəti stabil qiymətləndirilir, daha bir nəfərin həyatı üçün təhlükə var.

Faktla bağlı araşdırma başlanılıb. Şübhəlilər və ya cinayətin motivləri barədə məlumat yoxdur.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox