Azedu.az

Akademik saxtakarlığa qarşı sərt tədbirlər: Diplomlar ləğv ediləcək

Ali təhsil

5 İyul 2026, 15:51
Akademik saxtakarlığa qarşı sərt tədbirlər: Diplomlar ləğv ediləcək

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunan Yüksək Təhsil Qanununa dəyişiklik layihəsində akademik saxtakarlığa qarşı ciddi sanksiyalar nəzərdə tutulur.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, qanun layihəsinə əsasən, başqasına tez, məqalə, kitab və ya layihə yazdıraraq diplom və ya elmi ad əldə edən şəxslərin qazandıqları akademik dərəcə və adlar geri alınacaq.

Eyni zamanda, bu üsulla əldə olunan diplomlar da ləğv edilə biləcək. 

Layihədə həmçinin başqalarının adına ödənişli və ya ödənişsiz şəkildə tez, məqalə və digər akademik işlər hazırlayan, yaxud buna vasitəçilik edən şəxslərə 500 min lirədən 5 milyon lirəyədək cərimə tətbiqi nəzərdə tutulur. Bu fəaliyyəti peşəyə çevirənlər üçün isə cərimənin 1 milyon lirədən 10 milyon lirəyədək artırılması təklif edilir. 

Qeyd edək ki, sözügedən sənəd hələ qanun layihəsidir və qüvvəyə minməsi üçün TBMM tərəfindən qəbul edilməli, daha sonra isə təsdiqlənməlidir.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox