Azedu.az

Dağıntılar altından 248 saat sonra xilas edilən qız məzun oldu

Ali təhsil

5 İyul 2026, 14:59
Dağıntılar altından 248 saat sonra xilas edilən qız məzun oldu

2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı dağıntılar altından 248-ci saatda xilas edilən Aleyna Ölmez universiteti uğurla başa vurub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Universitetinin Ayaş Peşə Yüksək Məktəbinin Sosial Təminat ixtisasında təhsil alan Aleyna məzuniyyət mərasimində diplomunu onu dağıntılar altından xilas edən mədənçilər və müalicəsini aparan həkimlərlə birlikdə alıb.

Zəlzələ zamanı valideynlərini və bacı-qardaşını itirən Aleyna müalicəsini başa vurduqdan sonra ali məktəbə qəbul olunaraq təhsilini davam etdirib.

Məzuniyyət mərasimindən sonra çıxış edən Aleyna bildirib ki, bu uğuru ailəsinə həsr edir. O, gələcəkdə təhsilini davam etdirməyi və dövlət qulluğunda çalışmağı hədəflədiyini qeyd edib.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox