Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 13:50:00
VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri açıqlandı  

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə. müsabiqənin nəticələrinə əsasən, 260-ı biologiya, 224-ü fizika, 192-si informatika, 178-i kimya və 761-i isə riyaziyyat fənləri üzrə olmaqla, ümumilikdə 1 615 məktəbli qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

 

VI Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən sualları cavablandırıblar.

 

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər müsabiqənin final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.