Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 11:35:00
Birinci siniflərə qəbul başlayır  

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  

 

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-nın  sorğusuna cavab olaraq bildirilib ki, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni  ümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.