Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 16:55:00
BDU-nun dosenti COVID-19-dan vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.

 

AzEdu.az xəbər verir ki, universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.

 

Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.

 

Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.