Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 11:03:00
Xaricdə  təqaüdlü  təhsil  axtaranlar   üçün  ən  yaxşı  10  vebsayt – Çox faydalı  

Xaricdə  təqaüdlə  təhsil  almaq  demək  olar  ki, hər  tələbənin  xəyalıdır.

 

Amerika, İngiltərə, Fransa  və s. kimi  dünyanın  əksər  nüfuzlu ölkələri  ali təhsil  almaq  istəyən  şəxslər  üçün  müxtəlif  təqaüd  proqramları  hazırlayır.

 

Texnologiyanın  inkişaf  etdiyi  bir  dövrdə  təqaüdlə  təhsil  təqdim  edən  ölkələr  və  universitetlər  haqqında  məlumat  almaq  və  müraciət  etmək  daha  asan  və  əlçatandır.

 

Bu  səbəblə  AzEdu.az  xaricdə  təhsil  üçün  təqaüd  proqramları  haqqında  rahat  şəkildə  məlumat  əldə  edə  biləcəyiniz  10  websaytı  təqdim  edir:

 

1.Scholarships.com 

 

İlk  dəfə  1999-cu  ildə  yaradılan  Scholarships.com  xaricdə  təqaüdlə  təhsil  almaq  istəyən tələbələr  üçün  çox sayda material təqdim edir. Hər yaşdan olan tələbələr arasında geniş yayılan saytlardan biridir. Ölkələr üzrə universitetlərin, kolleclərin təqdim etdiyi maddi yardımları hər gün yenilənmiş olaraq təqdim edir. 16 milyondan çox istifadəçiyə sahibdir,yarandığı ildən bu günə kimi ümumilikdə 19 milyard dollardan çox təqaüd yardımı ilə tələbələrə köməkçi olub.

 

2.FastWeb

 

Xaricdə  təqaüdlə  təhsil  almaq  istəyən tələbələrin  müraciət etdiyi əsas saytlardan biridir. 1995-ci ildə  yaradılıb və  bakalavriat səviyyəsi üçün təqaüd verən universitet axtaranlar  üçün  ən vacib mənbələrdəndir. Sayta ödənişsiz abunə olan hər tələbə 1,5 milyondan çox və 3,4 milyard  dollar dəyərində təqaüd  və  maddi yardımdan yararlana bilir. Eyni  zamanda  saytda maddi yardım  üçün  ipucları, orta məktəb və universitet həyatı haqqında tövsiyələr, karyera planları, iş  əlaqələri və öz ixtisasları  üzrə təcrübə imkanları tapa bilərlər. Saytda qeydiyyatda olan tələbələr mail vasitəsi ilə yeni təqaüdlərdən xəbər tuta bilərlər.

 

3.Scholarsdev

 

Xaricdə həm bakalavr, həm də magistr  təhsili üçün təqaüd axtaran tələbələr üçün  asan istifadə  edilən bir websaytdır. Təqaüdlər təhsil almaq istədiyiniz dərəcə, ixtisas, müəyyən zaman müddəti, getməyi düşündüyünüz ölkə və təqaüdlərin təqdim edildiyi  hədəf bölgələr üzrə kateqoriya halında hazırlanıb.Məsələn, Hollandiyada təhsil almaq istəsəniz əvvəlcə seçdiyiniz ölkənin sizə təqdim etdiyi dövlət təqaüdlərindən, özəl qurumların verdiyi təqaüdlərə və universitetlərin təqdim etdiyi təqaüdlərə aid müxtəlif proqramlar tapa bilərsiz.

 

  1. International Scholarships

 

Xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələrin rahatlıqla təqaüd axtarması üçün yaradılan bir platformadır. Universitetlər kolleclərdə öz ixtisaslarına uyğun təqaüd  imkanları tapmanıza,xaricdə oxumaq üçün bilməli  olduğunuz məlumatları  təqdim edir. Harvard Universitetindən MIT-ə, Cardiff Universitetindən mükafat təqdim edən yarışlara kimi çox geniş və müxtəlif bir sahəni əhatə edir.Eyni zamanda milliyətinizə və təhsil almaq istədiyiniz ixtisas üzrə daha spesifik nəticələr əldə edə bilərsiz.

 

5.ScholarshipPortal

 

Xaricdə təhsil üçün təqaüd axtaran bütün tələbələr üçün ölkələr üzrə çox sayda təqaüd proqramı təqdim edən əlverişli vebsaytdır.Hər gün məlumatlar yenilənir və yeni təqaüd proqramları əlavə edilir. Seçdiyiniz ölkə üzrə bakalavr, magistr və doktorantura dərəcələrinə uyğun olaraq asanlıqla araşdırma edə bilərsiz. Bu platformada  təqaüd üçün uyğunluğunuz, müraciət şərtləri və qeydiyyat  haqqında qısa məlumat əldə edə bilərsiz.

 

6.Scholar Mintle

 

Bu  platformada  təqaüdlər üçün xüsusi bir axtarış düyməsi olmasa da, son əlavələrlə tez-tez  yenilənir. Saytda  kompüter elmləri, kompüter mühəndisliyi və informatika  ixtisasları  üzrə  tələbələr üçün Google Təqaüdləri  təqdim edilir. Eyni  zamanda  dünya  miqyasında  gələcəyin mühəndis  və lider  qadınlarını  yetişdirmək  üçün  təqdim edilən  təqaüdlər, yaxud  mühəndislik  və  tibb  təhsili  üçün  Çin  höküməti  tərəfindən  təqdim edilən  təqaüdlər  tapmaq mümkündür.

 7.IEFA

IEFA  xaricdə, xüsusən Amerikada təhsil almaq istəyən beynəlxalq tələbələrə məhdudiyyətsiz təqaüd və maliyyə yardımı təqdim edir. Saytda universitet təqaüdlərinin ən əhatəli siyahılarını, kreditlər və xaricdə təhsilə həvəsləndirmək üçün digər imkanlar haqqında məlumat tapa bilərsiniz. Bu platformada  dünyanın bir çox ölkəsində seçdiyiniz ixtisas üzrə  məlumat əldə edə bilərsiz, ancaq  o ölkənin  təqaüdləri  haqqında  məlumat əldə etmək  üçün  sayta  abonə olmalısız.

 

8.Careeronestop

 

ABŞ Əmək Nazirliyinin maliyyələşdirdiyi sayt, Amerikada  təqaüd, təcrübə və iş imkanı axtaran beynəlxalq tələbələrə məhdudiyyətsiz imkanlar təqdim edən çox əhatəli bir saytdır. Təqaüdlərə layiq görülmək üçün yalnız uğurlu və ya xüsusi istedadlı olmaq tələb olunmur. Təqaüdlər tələbələrin irqi, etnik mənsubiyyəti, təhsil alacaqları proqram və şöbələrə görə qiymətləndirilir. Careeronestop ilə təhsil səviyyənizə, harada təhsil almaq istədiyinizə, hansı ölkədən gəldiyinizə və cinsinizə görə axtarış edə bilərsiniz. Ümumiyyətlə, saytda 7500-dən çox maliyyə yardımı imkanı var ki, bunların da 500-dən çoxu beynəlxalq tələbələr üçündir.

 

9.Scholarship Positions

 

Bu  platforma 2007-ci ilə  Oksford Universitetinin  məzunları  tərəfindən  xaricdə  təhsil  almaq  istəyən  beynəlxalq  tələbələrə  kömək  məqsədi  ilə  yaradılıb. Minlərlə  tələbəyə  dünyanın  ən  yaxşı  universitetlərində  təqaüdlə  təhsil  almağa  yardım  edəcək  təhlükəsiz  bir  mühit  təqdim  edir. Eyni  zamanda  təcrübə  və  iş  imkanlarından da faydalanmağınıza  yardımçı  olar.

 

10.CollegeBoard

 

1900-cü ildə qurulan CollegeBoard, dünyanın müxtəlif yerlərindən olan tələbələrə universitet hazırlığı və keçid dövründə kömək edən bir qeyri-kommersiya təşkilatıdır. 6.000-dən çox 2 və ya 4 illik kollec, universitet və ali təhsil müəssisələrilə  əlaqəsi olan  CollegeBoard, 6 milyard dollar dəyərində təqaüd bazasına sahibdir. Hər il yeni təqaüdlərin əlavə olunduğu və siyahıların aylıq olaraq yeniləndiyi maliyyə yardımı üçün sayta baxa bilərsiniz.

 

Qeyd  edək  ki, bununla  yanaşı  siz  Scholarhip365 və  Türkiyə Bursları  kimi  saytlardan da faydalana  bilərsiniz.