Azedu.az

Məktəblilərə nadir bitkilər barədə məlumat verilib

Orta təhsil

4 İyul 2018, 15:43
Məktəblilərə nadir bitkilər barədə məlumat verilib

Nəsimi Rayon İcra Hakimiyyəti məktəblilərin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutuna ekskursiyasını təşkil edib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, ekskursiya zamanı institutun tarixi, nadir ekzotik və endemik bitkiləri, bitki biomüxtəlifliyi və onların bioekoloji xüsusiyyətləri barədə məktəblilərə məlumat verilib.

Şagirdlər daha sonra müəssisənin ərazisində yerləşən Heydər Əliyev, Nikolay Vavilov və Sergey Yesenin muzeyləri ilə tanış olublar.

TƏCİLİ! İran hərəkətə keçdi - Bakıya qarşı növbəti hücum
Son xəbərlərDaha çox