Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 16:48:00
13 yaşlı  məktəbli PUA istehsal etdi - VİDEO
Bakı şəhəri 62 nömrəli məktəb-liseyin şagirdi Həsən Quliyev ilk aerokosmik startapını təsis edib.
 
 
BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, istedad və bacarığı ilə həmyaşıdlarından fərqlənən H.Quliyev 62 nömrəli məktəb-liseyin “Kiçik Akademiyası”nın prezidenti, həmçinin “AzAstro” startapının təsisçisi və icraçı direktorudur.
 
Sözügedən startap çərçivəsində PUA-lar, model peyklər və onların hissələrinin hazırlanması nəzərdə tutulur və müvafiq layihələr üzərində işlər aparılır.