Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 16:13:00
“Virtual məktəb”də ev tapşırıqları necə təyin edilir? - Şagirdlərə tövsiyə

 

 

 

“Virtual məktəb”də şagirdlərə ev tapşırıqları təyin etmənin onlayn yolları vardır.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

“Virtual məktəb”də yeni tapşırıq növü təyin etmək üçün ilk olaraq tapşırığın təyin edildiyi sinifə keçid edilir. 

 

 

Açılan pəncərənin üst hissəsindən yarat əmrinə vurmaqla təyinat hissəsinə keçilir. Bu zaman qarşınızda tapşırıq təyin etmək üçün məlumat lövhəsi açılır. Burada fənn tapşırığı ilə bağlı məlumat yazılır. Həmin bölmənin tapşırıqlarına aid təlimat şagirdlər üçün verilməlidir. Yəni sənəd üzərində şagird düzgün cavabları fərqləndirməlidir. 

 

 

Sonra isə resurs əlavə et düyməsinə basılır. Bunun üçün sizin komputerinizə sənəd yükləmək lazımdır. Buna görə də cihazdan yüklə əmrinə keçid edərək komputerdə öncədən hazırlanan sənədi aktiv edərək səhifəyə yükləyirik. Sənəd yükləndikdən sonra hazırdır düyməsi aktiv olur və biz sənədi sinif üçün təyin etmiş oluruq. Sonra sənədin qarşısında olan 3 nöqtəyə vururuq. Burada tapşırıqları özün redaktə et əmrini aktivləşdiririk. Bu o deməkdir ki, şagirdlərin hər biri sənədi özləri müstəqil redaktə edə biləcəklər. 

 

 

Sonra isə bal göstərilən hissəyə meyyar daxil edirik. Yeni meyyar yaratmaq mümkündür. Bunun üçün başlıq hissədə fənnin adı qeyd olunur. Təsvir hissəsinə isə təyin edilən qiymət yazılır. Aşağı hissədə isə səviyyə üzrə qiymətin bölgüsü aparılmalıdır. Tapşırığın verilmə müddəti iki günü əhatə edirsə, onun son vaxtını qeyd edilməli və saatı göstərməlidir. Son vaxta qədər tapşırıq aktiv olur. Parametrlər hissəsi isə sizin təyin etdiyiniz tapşırığın ümumi deyil digər bir kanalda təyin olunmağına kömək edir.  Bunun üçün redaktə et əmrini seçirsiniz. Burada qarşınızda açılan kanallardan birini seçmək lazımdır. Sonra isə hazırdır əmrinə keçid edirik və təyin et əmri kliklənir. 

 

 

Şagirdlər üçün tapşırıq onlara bildiriş formasında gedir. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları