Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 14:55:00
Bu amillər müəllimlərin dərs yükünə təsir edir - Yeni QAYDALAR

 Yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.

 

Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

Azedu.az xəbər verir ki,  dərs yükünün bölüşdürülməsinə bəzi amillər təsir edir.

 

Qaydaya görə dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır.

 

Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.

 

Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur.  Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

 

Qeyd edək ki,  müddətli və müddətsiz müqavilə əsasında müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir.