Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-25 14:46:00
Builki tədris ili üçün tətbiq olunan qadağalar – Payız tətili, summativlər...

 

 

2020-ci ilin sonuna sayılı günlər qalıb. Bu ilin əsas qlobal problemlərindən biri koronavirus infeksiyası və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlərdir.

 

COVİD-19-un ən çox təsir etdiyi sahələrdən biri də təhsildir.

 

Ölkəmizdə 3 martdan etibarən təhsil distant formaya keçib. 2020-2021-ci tədris ili hibrit formada başlasa da, yoluxmada olan kəskin artım təhsilin yenidən distant formaya keçməsinə səbəb oldu.  Bu tədris ilinin  ilk yarımilində  ötən tədris ilindən fərqli olaraq bir sıra zəruri qaydalar olmayacaq.

 

AzEdu.az həmin qaydaları təqdim edir:

 

“Payız tətili olmayacaq, distant dərslər davam edəcək” – Emin Əmrullayev 

  

Təhsil Nazirliyindən verilən məlumata  görə payız tətili olmayacaq, distant dərslər davam edəcək:

 

“Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.

 

Şagirdlərin qiymətləndirilməsi bu şəkildə aparılacaq – Emin Əmrullayev

 

“Şagirdlərin qiymətləndirilməsi situasiyadan asılı olacaq. Əlimizdə toplanan müəyyən nəticələr var. Ötən il onlayn qaydada müəyyən qiymətləndirilmə tətbiq edildi”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd etdi ki, yanvar ayına hələ var və indidən proqnoz vermək çətindir:

 

“Bu prosesə hələ var. Hazırda yanvarın sonu ilə bağlı proqnoz vermək çətindir. Nazirliyin istəyi odur ki, tezliklə ənənəvi təhsilə qayıdaq”.

 

Bu il Kiçik Summativ Qiymətləndirmənin (KSQ) keçirilməsi nəzərdə tutulmayıb

 

Təhsil Nazirliyindən verilən məlumata görə ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar dərslər distant formda təşkil olunur. Ona görə də bu tədris ilinin ilk yarımilində KSQ-lərin keçirilməsi nəzərdə tutulmur. Şagirdlərin biliyinin qiymətləndirilməsi Böyük Summativ Qiymətləndirmə (BSQ) əsasında həyata keçiriləcək.

 

COVİD-19 infeksiyası ilə əlaqədar  sertfikasiyanın bu il  keçirilməsi planda yoxdur

 

Təhsil Nazirliyindən verilən məlumata görə müəllimlərin biliyinin qiymətləndirilməsi üçün nəzərdə tutulan sertfikasiyanın 2021-ci ildə keçirilməsi nəzərdə tutulur.

 

MİQ üzrə keçirilən müsahinə mərhələsinin 2021-ci ildə olacağı nəzərdə tutulub

 

Əvvəlki illərdən fəqli olaraq bu il MİQ-in müsahibə mərhələsi kütləviliyin qarşısını almaq məqsədi ilə ənənəvi formada keçirilməsi planlaşdırılmır. Müsabiqənin onlayn formada keçirilməsi ilə bağlı isə hələ ki məlumat yoxdur.

 

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlayanlar cərimələnəcək

 

İnzibati Xətalar Məcəlləsinə yeni - 192.12-ci maddənin əlavə edilməsi təklif olunur.

 

Layihəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. 

 

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

İbtidai və ümumi orta təhsil müəssisələrinə dair tələblər sərtləşdirilob

 

Bu, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna görə, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər. Dəyişikliyə əsasən, artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

 

Qanun Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. 

 

Müəllimlərin maskadan istifadəsi məcburi edilib

 

"Bu gün ölkədə 38% təhsil işçisi 50 yaşdan yuxarıdır. Odur ki, müəllimlərin maskadan istifadəsi məcburidir". 

 

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

 

2019-2020-ci tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq

 

Bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib.

 

Əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyəti diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməli və çatışmazlıqlar yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılmalıdır.  

 

Azərbaycanda 420 məktəb fəaliyyətini dayandırıb  

 

“Azərbaycanın 14 bölgəsində 420 məktəb fəaliyyətini müvəqqəti dayandırıb. Bu məsələni daim nəzarətdə saxlayırıq. 9 məktəb düşmənin təxribatı nəticəsində xəsarət alıb. Təəssüf ki, 2 şagirdimiz şəhid olub, 1 müəllimimiz yaralanıb”.

 

Bunu Təhsil Naziri Emin Əmrullayev  bildirib.

 

O, ibtidai siniflərin dərs qrafikindən də danışdı:

 

“Ölkəmizdə sentyabrın 15-dən tədris bərpa olundu. Bölgələrdə həftədə 3dəfə ibtidailər ənənəvi şəkildə dərsə gəlirlər. Paytaxtda isə 2 dəfə”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları