Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-28 11:44:00
Bərdə faciəsində həlak olan Aysunun direktoru: “Hazırda yasdayam və çox pisəm”

 

 

“Çox pis oluram ki, belə körpə balamız kiçik yaşında şəhid oldu”.

 

Bunu AzEdu.az-a açıqlamasında erməni təcavüzü nəticəsində dünyasını dəyişən Aysu İsgəndərovanın sinif rəhbəri Bərdə rayon Qarayusifli kənd tam orta məktəbinin direktoru Maisə Quliyeva deyib.

 

27 oktyabrda erməni qaniçənlərinin Bərdə rayonunda etdiyi terror aktı nəticəsində 4  mülki şəxs dünyasını dəyişib. Onlardan biri də  Bərdə rayon Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Aysu İsgəndərovadır.

 

Aysunun yas mərasimində olan direktor şagirdinin ölümündən dərin hüzün hissi keçirir:

 

“Aysu sakit və mehriban şagird idi. Hələ çox körpə idi, 2-ci sinifdə təhsil alırdı və ailənin ilk övladı idi. Ondan kiçik bacı və qardaşı var idi. Ana və ata tərəfdən ailənin ilk nəvəsiydi. Hazırda onun yas mərasimindəyəm. Çox pis oluram ki, belə körpə balamız kiçik yaşında şəhid oldu. Sinif yoldaşları ilə çox mehriban idi, hamı onu sevirdi. Aysunun təhsil aldığı sinif mənim otağımın yanında idi. Onu həmişə müşahidə edirdim. Allah ona rəhmət eləsin”.

 

Qeyd edək ki, 27 oktyabrda Bərdə rayonunda törədilən terror aktı nəticəsində 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları