Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 16:52:00
  “Ermənilər tarixi torpaqlarımıza eybəcər adlar veriblər”-Tarixçilər danışır  

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tarixçi Kərəm Məmmədov  deyib:

 

“Ümumiyyətlə Azərbaycanda toponimlərin dəyişdirilməsi prosesinə , həm güneydə, həm quzeydə daha çox, XIX-XX əsrlərdə rast gəlinir.  Xüsusilə də Ermənistana və Gürcüstan ərazisində qalan torpaqlarda. Azərbaycanın güneyində də həmin proses gedir.  Əvvəllər Qacarların tərkibində Azərbaycanda böyük bir vilayət idisə,  sonrada başladı hissə bölünməyə. Əvvəl Şərqi Azərbaycan və Qərbi Azərbaycan  ostanlıqları, Daha sonra, Ərdəbil, Həmədan və s.  ayırdılar ki Azərbaycan kiçilsin.

 

Eyni proses Çar Rusiyasının işğalı dövründə Azərbaycanın şimalında baş verib. 

 

Bütün olanlar, II Dünya Müharibəsindən sonra ermənilərin bizim torpaqlarımıza köçürülməsi nəticəsində baş verdi. Bu gün indiki Ermənistan ərazisində və işğal altında olan torpaqlarımızda minlərlə  toponimin adı dəyişdirilib.  Nəticədə biri-birindən eybəcər adlar  yaranıb.  Məsələn elə biri Hadrut. Bu ada XIX əsrin xəritəsində rast gəlmirəm. Orada ərazinin adı  Ağoğlan kimi verilib.

Torpaqlarımızı  azad etməklə  yanaşı, onların adlarının geri qaytarılması da mühüm məsələdir.  Eynilə prezidentin Suqovuşanın adını qaytarması kimi...  Madagiz nədir?! Oranın adı Suqovuşandır!  Ermənilər  tarixi torpaqlarımıza eybəcər adlar verirlər. Məsələn elə Vərəndə.  Vərəndənin Füzuliyə nə aidiyyatı?!  Lap qədim zamanlarda bu torpaqlar Bayat tayfalarının yaşadığı yer olub. Daha sonra dahi şair Məhəmməd Füzulinin yubileyində adı Füzuli olaraq dəyişdirildi. Füzulinin özü də Bayat tayfasından olduğu üçün bu ad ona tam uyğundur.  Ümumiyyətlə toponimlərin dəyişdirilməsi iki formada həyata keçirilir. Azərbaycan dilindəki adın digər dildə verilməsi, qondarma adların verilməsi. Ermənilərin işğal altındakı ərazilərə Hadrut, Madagiz, Martuni, Mardakert və s. verdiyi adlar qondarma xarakter daşıyır. 

 

“İnanırıq ki, kəndlərimizin də adı bərpa ediləcək”

 

Tarixçi  Zaur Əliyev də torpaqlarımızın öz tarixi adına qovuşacağına əminliyini bildirdi:

 

“İlk olaraq, qeyd edim ki, torpaqlarımızın azad edilməsi bizi çox sevindirir və paralel şəkildə tarixi adların bərpa edilməsi də ayrıca sevinc yaşadır. Ali Baş Komandan tərəfindən ermənilərin Madagiz adlandırdığı ərazinin işğaldan azad edilən anda tarixi adı Suqoşuvan adlanması çox qürurverici bir addımdır.

Ermənilər  torpaqları işğal edəndən sonra ərazilərin adını dəyişiblər və hesab edirik ki, yaxın günlərdə torpaqlar azad edilən kimi tarixi adlar da bərpa ediləcək.

 

İnanırıq ki, digər rayonlarımızdakı bəzi kəndlərinin  də adı bərpa ediləcək”.