Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-17 14:17:00
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

"Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib", - məlumatda bildirilib.