Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-10 13:15:00
İmam Hüseyn və silahdaşlarının 40 günündə doğulan, elə həmin gündə də ŞƏHİD OLAN KƏŞFİYYATÇIMIZ KİMDİR? - FOTOLAR  

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.


AzEdu.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 6-da cəbhənin Ağdam istiqamətində gedən qızğın döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, kəşfiyyatçı Tağıyev Hüseyn Oqtay oğlu mina partlayışı zamanı şəhid olub.


1991-ci il təvəllüdlü kəşfiyyatçımız Hüseyn Tağıyev evli olub, 1 qız övladı var.


Ailəsinin verdiyi məlumata görə, şəhidimiz İmam Hüseyn və silahdaşlarının 40 günündə dünyaya göz açıb. Bu münasibətlə də valideynləri ona Hüseyn adını verib. Nə təsadüf ki, Hüseyn elə həmin gündə də VƏTƏN UĞRUNDA ŞƏHİD OLDU...


Qeyd edək ki, kəşfiyyatçımız Hüseyn Tağıyev oktyabrın 7-də III Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik!


ALLAH RƏHMƏT ELƏSİN!