Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 10:11:00
Cəbrayılın uğurlu təhsil göstəricisi – Ötənilki nəticələr  

 

 

2019/2020-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə tələbə qəbulu DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən aparılıb.

 

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul beş ixtisas qrupu üzrə aparılıb.

 

 I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarət olub.

 

AzEdu.az DİM-ə istinadən, 4 oktyabr 2020-ci il tarixində düşmən qüvvələrindən azad edilən Cəbrayıl rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

 

Cəbrayıl rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 694 şagird bitirib və onların 688 nəfəri buraxılış imtahanında iştirak edib.  Attestat alanların 82.15%-i (566 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 7.11%-i  (49 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların  82.87%-i (571 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

 

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 321 məzunu (imtahanlarda iştirak edənlərin 56.22%-i) tələbə adını qazanıb. Onların 22.12%-i (71 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 69.78%-i (224 nəfəri) dövlət, 8.10%-i (26 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Biologiya fənni üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır.

 

Rayonun məzunlarının 59 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

 

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən cəmi 4.60%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 36.78%-dir.

 

 Qəbul imtahanlarında 38 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Süleymanlı kənd , Əmirvarlı kənd və 7 saylı tam orta məktəbləri daxil olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Hovuslu kənd tam orta məktəbini qeyd etmək olar.  

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları