“Universitetlərə qəbul olunan abituriyentlərdən qeydiyyat üçün xeyli sayda kağız formada sənədlər tələb olunur.
Bu sənədlərin əksəriyyəti müvafiq dövlət qurumlarının məlumat bazalarında, elektron formada var.
Lakin qurumlar arasında kordinasiya və inteqrasiya olmadığından, mövcud hüquqi bazada e-gov quruculuğu baxımından sadələşmə və optimallaşma aparılmadığından sənədlər yenidən kağız fotmada tələb olunur.
Reallıq ondan ibarətdir ki, vətəndaşlar hələlik e-gov -un üstünlüklərindən yetərincə bəhrələnə bilmirlər”.
“Vətəndaş haqqında hər hansı bir məlumat bir dövlət qurumunda varsa digər dövlət qurumları həmin məlumatı vətəndaşdan yenidən tələb etməməlidir”
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz bildirib. O, e-gov.az-ın əsas mahiyyətindən və vətəndaşlardan tələb olunan sənədlərdən də danışdı:
“İllərdir e-gov quruculuğu apardığımız halda hələ də vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur:
Bir daha qeyd etmək istərdim ki , bu məlumatların hər birisi elektron formada müvafiq dövlət qurumların bazalarında var.
E- gov -un əsas mahiyəti isə ondan ibarətdir ki , əgər vətəndaş haqqında hər hansı bir məlumat bir dövlət qurumunda varsa digər dövlət qurumları həmin məlumatı vətəndaşdan yenidən tələb etməməlidir. Göründüyü kimi hələlik buna əməl olunmur”.