Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 16:14:00
Akademik fikirlərinə aydınlıq gətirdi: “Yanlışlıq olub, UNEC dünyada tanınan brenddir”



“UNEC abreviatura deyil, universitetin brendidir. O, elə bir qəbahət deyil və qəbulolunandır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

 

Qeyd edək ki, dilçi alim media orqanlarından birinə verdiyi müsahibəsində hazırda ölkəmizin ən öncül ali təhsil brendi olan UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) barədə dediyi sözlər birmənalı qarşılanmayıb. Alim jurnalistin sualında UNEC-i brend deyil, abreviatura kimi dəyərləndirərək, bunun yolverilməz olduğunu bildirib:

 

“Mənə elə gəlir ki, abreviatura beynəlxalq təhsil bazarına çıxmaq məqsədilə qoyulub. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi, hətta bizim bununla bağlı iradlarımız da olub. Sadəcə onlardan heç biri nəzərə alınmyıb. Bununla bağlı məsələləri Monitorinq Mərkəzi araşdıra bilər”.


Lakin akademik M.Nağısoylu sonradan kiçik araşdırma aparıb və UNEC-in Azərbaycan Dövlət İqtisad Universitetinin ingiliscə abreviaturası olduğunu deyil, təhsil brendi kimi çıxış etdiyini dəqiqləşdirib:

 

M.Nağısoylu açıqlamasında mediada UNEC-lə bağlı səsləndirdiyi yanlış fikrə aydınlıq gətirib:

 

“Müxbir mənə UNEC-in abreviatura olduğunu dediyi üçün anlaşılmazlıq baş verib. Mən universitetlə əlaqə saxladım.

“UNEC” abriviatura deyil, universitetin brendidir. O, elə bir qəbahət deyil və qəbulolunandır.

Müasir dövrün tələblərindən irəli gələrək, həm də o adı veriblər. UNEC ixtisar deyil dünyada tanınan brenddir”.