Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 16:28:00
Bağçalara sənəd qəbulu yalnız bu tarixlərdə həyata keçirilir – Təhsil qanunu  

 

Məktəbəqədər müəssisədə tədris ili sentyabr ayının birindən başlayır.  

 

Əgər ümumtəhsil məktəblərində dərs ili başqa vaxta keçirilərsə, ona uyğun olaraq, məktəbəqədər müəssisələrdə də vaxt dəyişdirilir.

 

Bu il isə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

 

Bəs bağçalara sənəd qəbulu nə vaxt keçirilir?

 

AzEdu.az “Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”yə əsasən, bağçalara sənəd qəbulu tarixlərini təqdim edir

 

Bağçalara sənəd qəbulu, yaş qruplarının komplektləşdirilməsi və onların digər yaş qruplarına keçirilməsi işi hər ilin may ayından başlayaraq avqust – sentyabr aylarınadək həyata keçirilir. Boşalan yerlərə isə uşaqların qəbulu il ərzində aparılır. Uyğunlaşma məqsədilə yeni daxil olmuş erkən yaşlı uşaqların həmin yaş qruplarına qəbul olunmasına ay ərzində icazə verilir.

 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bu ilin mart ayının 3-də ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyyə prosesi dayandırılmışdı.