Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:16:00
Bağçalar 15 sentyabrda açılacaq –Nazir açıqladı  

 

“Ümumi məntiq bundan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti sanitar-epidemioloji qaydalar gözlənilməklə bərpa olunalıdır. Verilən qərarlar bölgələr üzrə fərqli ola bilər. Eyni zamanda tədris mərkəzindəkilərin yaş xüsusiyyəti də nəzərə alınmalıdır.”

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında  Operativ  Qərargahın brifiqində səsləndirib.

O, onlayn qayğının mümkünsüz olduğunu və bağçaların da pandemiya şərtlərinə uyğun açılacağını bildirdi:

“Uşaq bağçaları ən mürəkkəb təhsil pilləsidir. Qayğının onlayn formada təşkili qeyri-mümkündür. Sentyabrın-15-dən başlayaraq bağçaların fəaliyyətinə start veriləcək. Təbii ki, sarı və narıncı zolaqlar nəzərə alınmaqla onktyabrn 1-dək uşaq bağçalarının sanitar-gigiyena qaydalarına əməl etməklə açılmasını təklif edirik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları