Azedu.az

Şimal-qərb bölgəsinin ən yaxşı məktəbləri - ADLAR

Şəki-Zaqatala

29 İyun 2026, 11:47
Şimal-qərb bölgəsinin ən yaxşı məktəbləri - ADLAR

Şəki-Zaqatala regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Oğuz rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 388 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 44 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 nömrəli məktəb-lisey və 2 nömrəli şəhər tam orta məktəbi yer alıb.

Şəki rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1878 şagird bitirib və onların 1873 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 166 nəfəri 500-dən, o cümlədən 54 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, 5, 10 və 20 nömrəli şəhər tam orta məktəbləri yer alıb.

Zaqatala rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1137 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 85 nəfəri 500-dən, o cümlədən 18 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Humanitar təmayüllü gimnaziya, Akademik Z. Əliyeva adına Texniki fənlər liseyi və 3 nömrəli şəhər tam orta məktəbi yer alıb. Bundan əlavə, Tala kənd 3 nömrəli tam orta məktəbi rayonun ən yaxşı məktəblərindən biri kimi qeyd olunub.

Qəbələ rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1216 şagird bitirib və onların 1213 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 138 nəfəri 500-dən, o cümlədən 54 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1, 2, 4 və 5 nömrəli şəhər tam orta məktəbləri, Vəndam qəsəbə 1 və 2 nömrəli tam orta məktəbləri, Kiçik Pirəlli kənd və Nohurqışlaq kənd tam orta məktəbləri yer alıb.

Qax rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 451 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 48 nəfəri 500-dən, o cümlədən 12 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 və 4 nömrəli şəhər tam orta məktəbləri ilə Qaşqaçay kənd tam orta məktəbi yer alıb.

Balakən rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 713 şagird bitirib və onların 712 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 54 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayon üzrə respublikanın ən yaxşı məktəbləri sırasında Texniki-humanitar təmayüllü lisey yer alıb.

Beləliklə, Şimal-Qərb regionu üzrə Qəbələ 138 nəfər, Şəki isə 166 nəfərlə 500-dən yuxarı bal toplayan məzunların sayına görə ön sıralarda qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısına ümumilikdə 20 təhsil müəssisəsi daxil edilib. Onların arasında şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərinin də yer alması bölgələrdə keyfiyyətli təhsilin inkişaf etdiyini göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilir.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox