Azedu.az

Hansı qrupda plan yerləri daha az dolur? - RƏQƏMLƏR

İmtahanlar və qəbul məsələləri

29 İyun 2026, 11:32
Hansı qrupda plan yerləri daha az dolur? - RƏQƏMLƏR

2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsi işıq üzü görüb. 

AzEdu.az  “Abituriyent” 12 jurnalına istinadən xəbər verir ki, ötən il imtahanların nəticələrinə əsasən özəl ali təhsil müəssisələrinin plan yerlərinin dolma göstəricisi 91.34% olub.

Ayrı-ayrı ixtisas qruplarında plan yerlərinin dolma faizləri fərqlidir.

Bu göstəricilər I qrupda 88.39%, II qrupda 87.73%, III qrupda 97.18%, IV qrupda 89.22%, V qrupda isə 89.52%-ə bərabərdir.

Dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi ümumilikdə 92.42% olub. Ən yüksək göstərici III ixtisas qrupunda (98.27%), ən aşağı göstərici isə IV ixtisas qrupunda (83.61%) qeydə alınıb. 

Rusiyadakı soydaşlarımızın XƏBƏRDARLIQ! Rusiya rublu ÇÖKDÜ!
Son xəbərlərDaha çox