Azedu.az

Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır

Məktəbəqədər təhsil

24 Mart 2026, 13:09
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

AzEdu.az xəbər verir ki, müsahibədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 24 mart 2026-cı il tarixindən 04 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki

Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibədə uğur qazanmış namizədlər vakant yerlərə yerləşdiriləcəklər.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox