Azedu.az

"İlin gənc müəllimi" sertifikasiyada yüksək nəticə GÖSTƏRDİ

Sertifikasiya

29 İyun 2026, 12:00
"İlin gənc müəllimi" sertifikasiyada yüksək nəticə GÖSTƏRDİ

Şamaxı şəhər M. Hadi adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Vasif Şıxıyev təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 57 bal toplayıb.

AzEdu.az xəbər verir ki, Vasif Şıxıyev bu nəticə ilə Şamaxı rayonu və Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Vasif müəllim pedaqoji fəaliyyəti dövründə respublika səviyyəli müsabiqə, layihə və olimpiadalarda bir sıra uğurlara imza atıb.

O, Prezident yanında Gənclər Fondunun V və VIII qrant müsabiqələrinin qalibi olub. 2018-ci ildə keçirilən "Respublika Pedaqoji mühazirələri" müsabiqəsində qalib gəlib, 2021-ci ildə "Polad Həşimov adına ZƏFƏR" olimpiadasında tarix müəllimləri arasında respublika birincisi olub.

2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində tarix fənni üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, Vasif Şıxıyev 2022-ci ildə keçirilən "İlin Gənc Müəllimi" müsabiqəsinin qaliblərindən biri seçilib.

Rusiyadakı soydaşlarımızın XƏBƏRDARLIQ! Rusiya rublu ÇÖKDÜ!
Son xəbərlərDaha çox