Azedu.az

Sertifikasiyada yüksək nəticə göstərən müəllimələrdən həmkarlarına ÇAĞIRIŞ

Sertifikasiya

29 İyun 2026, 11:21
Sertifikasiyada yüksək nəticə göstərən müəllimələrdən həmkarlarına ÇAĞIRIŞ

Ötən gün texnologiya müəllimələri üçün sertifikasiya imtahanı keçirilib.

Belə ki, imtahanda 55 bal toplayan texnologiya müəllimələri təəssüratlarını AzEdu.az-la bölüşüblər.

335 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi Rima Səfərova qeyd edib ki, 2023-cü ildə MİQ imtahanında 97,35 bal toplayıb:

"Özümə inanırdım və güvənirdim. Əlbəttə, həyəcan var idi və bu normaldır. Lakin sualları görəndən sonra həyəcanım bir qədər azaldı. Suallar normal səviyyədə idi. Nə çox asan, nə də çox çətin idi. Öz üzərində çalışan hər bir müəllim üçün cavablandırıla biləcək suallar idi. İmtahan mənə çətin gəlmədi, rahat keçdi.

Açığı, özümdən daha yüksək bal gözləyirdim. Amma imtahan zamanı yaşanan həyəcan insanı bir qədər çaşdırır. Buna baxmayaraq, 55 bal topladım və nəticəmdən razıyam. Bütün müəllimlərə gələcək imtahanlarda uğurlar və yüksək nəticələr arzulayıram".

88 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi Mürşüdova Gözəl Vidadi qıznın sözlərinə görə, beş ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:

"Sertifikasiya imtahanına böyük həvəslə hazırlaşdım. Mənim üçün müəllimin daim öz üzərində işləməsi çox vacibdir. Bu müddətdə testlər həll etdim, kitablar oxudum və hazırlıq prosesinə ciddi yanaşdım. Yüksək nəticə gözləyirdim, amma 55 bal toplayacağımı doğrusu gözləmirdim. Buna görə də çox sevindim. İmtahandakı suallar maraqlı, düşündürücü və müəllimlərin peşə səviyyəsinə uyğun idi.

Hesab edirəm ki, hazırlaşan və öz üzərində çalışan hər kəs yüksək nəticə göstərə bilər. İstərdim ki, sertifikasiya prosesi davamlı olsun və hər 3-5 ildən bir keçirilsin. Çünki bu proses bizi daim öz üzərimizdə işləməyə sövq edir. Mən həm hazırlıq prosesini, həm imtahanı, həm də sağlam rəqabət mühitini çox sevirəm".

Rusiyadakı soydaşlarımızın XƏBƏRDARLIQ! Rusiya rublu ÇÖKDÜ!
Son xəbərlərDaha çox