Azedu.az

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

12 Avqust 2020, 16:36
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Active Group” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, memoranduma əsasən birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi, eləcə də gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

 

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Active Group” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

 

Xatırladaq ki, “Active Group” MMC dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan “BOSCH”, “TOTAL”, “DELPHI”, “SCHAEFFLER GROUP” kimi şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox