https://www.zirve.edu.az/
24.07.2020 13:29
 MİQ  ərizələri ilə bağlı yaranan problemlərə aydınlıq gətirildi- Murad Camalzadə
Çap et

"Elektron ərizələrlə əlaqədar son günlər 2 istiqamətdə narahatlıq müşahidə olunur".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin  İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

"Bu məsələlərdən biri barədə (elektron ərizələrdə səhvə yol verilməsi) dünən ilkin rəy bildirdim. İstənilən halda texniki səhvə görə insanlarımıza heç zaman əziyyət verməmişik. Amma əlavə məsuliyyət və diqqətin ümumi işə zərər vurmadığı qənaətindəyəm.

 

Elektron ərizələrlə əlaqədar digər problem əmək müqaviləsinin müddətsiz müəllim görsənməsidir. Belə problemlə üzləşən namizədlərə tövsiyə edirəm ki, əmək müqaviləsinin bildirişində zəruri düzəlişi etdirsinlər. Bildiyim qədəri ilə sənəd qəbulu başa çatdıqdan sonra həmin şəxslərin məşğulluq vəziyyətinin öyrənilməsi üçün müvafiq eletron bazaya təkrar sorğular göndəriləcək. Həmin sorğulardan sonra adında müddətsiz "müəllim" əmək müqaviləsi olmayanların ərizələri İRM tərəfindən təsdiq olunacaq.

 

Prosesin bütün tərəflərinə uğurlar arzu edirəm".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları