Azedu.az

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

11 İyul 2020, 10:21
Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, “Aşpaz” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə təhsil almaq istəyən şəxslər link vasitəsilə (//bit.ly/2O03Ngo) iyulun ayının 24-dək elektron qeydiyyatdan keçməlidirlər. Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

 

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcəkdir.

 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından “Aşpaz” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə müraciət edərək, 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək mümkündür.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox