Azedu.az

Lənkəran Peşə Liseydə günəş istilik su paneli hazırlanıb

Peşə təhsili-faydalı məlumat və xəbərlər

8 İyul 2020, 16:28
Lənkəran Peşə Liseydə günəş istilik su paneli hazırlanıb

Lənkəran Peşə Liseyinin gənc texnikləri Liseyin istehsalat təlim ustası Etibar Nəhmətlinin rəhbərliyi ilə alternativ və ekoloji təmiz enerji ilə bağlı daha bir qurğu düzəldiblər.

 

AzEdu.az xəbər verir ki, bir neçə ay öncə mexaniki enerjini (velotrenajor) elektrik enerjiyə çevirən qurğudan sonra Liseydə günəş istilik su paneli hazırlanıb və sınaqdan keçirilib.

 

Sənaye üsulundan fərqli olaraq bu panel sadə və əlaltı materiallardan hazırlanıb. Günəş işığının hərarəti 5-10 dərəcə təşkil etsə belə, panelin verdiyi enerji suyu 50 dərəcəyədək qızdırır. Bu isə imkan verir ki, qış aylarında ucqar təsərrüfatlarda çalışanlar isti sudan istifadə edə bilsinlər.

 

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimovun verdiyi məlumata görə, yeni qurğunun sınaqdan keçirilməsində məqsəd tələbələri daha innovativ layihələrə cəlb etmək, onların innovativ biznesə qoşulmalarına dəstək olmaq və sosial ekoloji məsuliyyətini artırmaqdır.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox