https://www.zirve.edu.az/
08.07.2020 12:58
“Bu gün dərs keçməyin heç bir faydası olmayacaq”- Ekspert
Çap et

“Birinci siniflərdə tədrisi məsafəli şəkildə qursaq, bunun effekti olmayacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Anar Məmmədov deyib.

 

O, pandemiya şəraitində yeni tədris ilində birinci siniflərin təhsil həyatına necə başlamasının daha  məqsədəuyğun olduğu haqqında fikirlərini bildirib:

 

“Ekspert olmaqla yanaşı,  mən  həm də valideynəm. Kiçik oğlum bu il birinci sinifə gedəcək. İstənilən halda məktəbdə təhsilin bəlli qaydalar əsasında, sosial məsafəni gözləmək, maska taxmaqla bərpa olunmasının tərəfdarıyam. Tələblərin yerinə yetirilməsi şərti ilə şagirdlər təhsil həyatlarını davam etdirməlidi. Çünki məktəb hər şeydən əlavə sosial mühit və münasibətlər sistemini formalaşdırır. Burada şagirdlər birgə şəkildə hər hansısa konflikt situasiyaları həll edirlər. Məktəb yalnız dərsdən ibarət deyil. Belə olan təqdirdə şagirdlərin sosial mühitlə əhatə olunmağı mütləq şərtdi.

 

Birinci siniflə işimizi məsafəli şəkildə qursaq, bunun effekti olmayacaq. Bu, acı bir həqiqətdi. Lakin bütün bunlara baxmayaraq, biz uşaqlarımızın sağlamlığını və gələcəyini düşünərək, Operativ Qərargahın və ölkə rəhbərliyinin qəbul etdiyi qərarlara diqqətlə yanaşmalıyıq.

 

Ona görə də  pandemiyanın təsiri altında qəbul olunacaq qərarları əsas tutub onların içərisində addım atmalıyıq. Övladlarımız bu kütləvi bəlaya yoluxmasın deyə buna məcburuq.Lakin biz fors- major halda fəaliyyət göstərməyi də bacarmalıyıq”.

 

Anar Məmmədov valideyn və müəllimlərə bir sıra məsləhətlər verib.

 

“Ekspert kimi müəllim və valideynlərə tövsiyə edirəm ki, istənilən vəziyyətə hazır olsunlar. Bir-birlərini ittiham etmək əvəzinə  qüvvələrimizi səfərbər edərək münaqişəni həll etməyə ünvanlanmalıyıq. Zülmətdən şikayət etməkdənsə, şam yandırmalıyıq. Çünki pandemiyanın olub-olmaması bizdən aslı deyil. Bu dünyada olan vəziyyətdi. Lakin təhsilin problemini biz həll etməliyik. Mövcud vəziyyətin içərisində düzgün addımlar atmalıyıq. Hələ 9 və 11-ci siniflərimiz buraxılış imtahanı vernəyib. Bunu təhsil ictimaiyyəti həll etməlidi. Bu həll birlikdən və anlaşıqdan keçir. Səbrlə mövcud vəziyyətin içərisində düzgün qərarlar verilməlidi.

 

Pandemiyanın davam edib-etməməsinin heç bir fərqi yoxdu. Hamı övladlarına texnolgiya öyrətməlidi. Hər bir evdə mobil telefon və internet olmalıdı. İndi cəhd  və hərəkət etmək vaxtıdı. Heç kim oturub həll yolu gözləməməlidi”.

 

Qeyd edək ki,mart  3-dən etibarən, ölkədə  təhsil və buna bağlı bütün məsələlər dayandırılıb

Şükufə Süleymanlı
Müəllifin digər yazıları