Bakı Mühəndislik Universitetində (BMU) iyul ayının 10-da onlayn “Məzun günü” keçiriləcək.
BMU-dan AzEdu.az-a bildirilib ki, bununla bağlı hazırlıq işləri davam edir və tədbirin yüksək səviyyədə təşkil olunması üçün univesitetdə bütün texniki imkanlar mövcuddur.
“Məzun günü” universitetin rəsmi “Youtube” kanalı vasitəsilə (//www.youtube.com/channel/UCOYADW2Y4cKWKflS-lH1hCA) canlı olaraq yayımlanacaq.