Azedu.az

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tibbi maska istehsalı uğurla davam edir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

19 İyun 2020, 13:32
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tibbi maska istehsalı uğurla davam edir

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Save Tekstil” MMC ilə birgə başladığı tibbi maska istehsalı uğurla davam edir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, istehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq, 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılıb.

 

İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu 2 növbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir. İlkin istehsalı dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 min maskadan 50 min maskaya çatdırılıb. Yaxın zamanlarda günlük istehsal gücünün 80 min maskaya çatdırılması planlaşdırılır.

 

Xatırladaq ki, müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldilib. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox