Azedu.az

Magistraturaya qəbul olunmaq üçün 7 mindən çox bakalavr ərizəsini təsdiq edib

Elmi institut və təşkilatlar

16 İyun 2020, 17:26
Magistraturaya qəbul olunmaq üçün 7 mindən çox bakalavr ərizəsini təsdiq edib

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 14:05-ə olan məlumata görə, 7160 nəfər (Azərbaycan bölməsi - 6618; rus bölməsi – 542) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox