Azedu.az

Peşə Mərkəzində təhsil imkanlarına dair onlayn görüş təşkil olunacaq

Peşə təhsili-faydalı məlumat və xəbərlər

16 İyun 2020, 18:21
Peşə Mərkəzində təhsil imkanlarına dair onlayn görüş təşkil olunacaq

İyunun17-si saat 16:00-da “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn görüş keçiriləcək.

 

Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan görüşdə mərkəzdə tədris olunan elektronikanın əsasları, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə montyor, inşaat ustası ixtisasları və bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat veriləcək.

 

Maraqlı olan şagirdlər görüşdə iştirak edə bilərlər.

 

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox