https://www.zirve.edu.az/
02.06.2018 14:34
Zabit olmaq istəyən gənclər Ali Hərbi Məktəbdə dövlət imtahanları verirlər 
Çap et

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  AzEdu.az-a  verilən məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqlarında və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.