Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-06 11:17:00
ADNSU və UFAZ-da imtahanqabağı dezinfeksiya işləri

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) növbəti dəfə dezinfeksiya işləri aparılıb.

 

ADNSU-dan AzEdu.az-a verilən məlumata görə, əvvəlcə UFAZ-ın bütün ərazisi - foyesi, dəhlizləri, auditopriyaları və otaqları dezinfeksiya olunub. Çünki iyunun 8-də burada ilk dəfə olaraq UFAZ-a magistraturaya qəbul imtahanları keçiriləcək. İmtahanların ənənəvi qaydada təşkili üçün lazımi təhlükəsizlik qaydaları həyata keçirilib; sosial məsafənin gözlənilməsi üçün imkanlar yaradılıb, tələbələrin gigiyenik vasitələrlə təchizatı nəzərdə tutulub.

 

ADNSU-da da universitetin hər iki korpusunun bütün ərazisində dezinfeksiya işləri aparılıb.

 

Universitetdən bildirilib ki, son üç ayda ADNSU və UFAZ-da mütəmadi olaraq bir neçə dəfə dezinfeksiya işləri görülüb; tədris korpuslarının dəhlizlərində gigiyenik vasitələr quraşdırılıb; girişdə hər kəsin hərarətinin yoxlanılması həyata keçirilir; universitetə maskasız giriş qadağan olunub.