https://www.zirve.edu.az/
02.06.2020 12:11
Deputat: “Qız şagirdlər şəfqət bacısı kimi yetişdirilməlidir”
Çap et

“Azərbaycanda bütün şagirdlərə hərbi hazırlıq dərsləri keçirilməlidir”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. 

 

O təklif edib ki, qız şagirdləri hərbi hazırlıq dərslərində şəfqət bacısı kimi yetişdirilməlidir. 

 

Millət vəkili qeyd edib ki, orduda əsgərlərin savadları, fiziki hazırlıq səviyyələri yoxlanılsa, nə qədər böyük problem olduğu üzə çıxır. 

 

“Elə əsgərlər var ki, heç Azərbaycan əlifbasının hərflərini tanımır, fiziki hazırlıqları çox aşağı səviyyədədir. Buna görə də təklif edirəm ki, hərbi hazırlıq dərsləri bərpa edilsin”, - deyə F.Mustafa əlavə edib. (oxu.az)