Azedu.az

BANM əməkdaşlarının COVID-19 test nəticələri neqativ çıxıb

31 May 2020, 12:55
BANM əməkdaşlarının COVID-19 test nəticələri neqativ çıxıb

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticələri neqativ çıxıb.

 

AzEdu.az-a daxil olan məlumata görə, Ali Məktəbin əməkdaşlarında virusa yoluxma halı qeydə alınmayıb. 

 

Müəssisə daxilində virusla mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara və daxili normativ sənədlərlə müəyyən edilmiş qaydalara qeyd-şərtsiz olaraq tam əməl olunur. 

 

Baş verə biləcək risklərin, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq üçün, dezinfeksiyaedici məhlullardan və tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanması (ən azı 2 metr) da daxil olmaqla digər müəyyən olunmuş tədbirlərə nəzarət edilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox