Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-25 13:16:00
LDU tələbələrinin nəzərinə!

Bildiyimiz kimi koronavirus pandemiyası ilə əlaqədar ölkənin ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı Operativ Qərargahın müvafiq qərarı olmuşdur.


Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı hər il müvafiq əmr verilir. Bu il də Operativ Qərargahın qərarlarının tələbləri gözlənilməklə Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının təşkili ilə bağlı müvafiq əmr veriləcəkdir.


AzEdu.az  xəbər verir ki,  Lənkəran Dövlət Universitetindən verilən məlumata görə, Elmi Şura həmin əmrə əsasən yaz semestrinin imtahan sessiyasının keçirilməsi qaydaları haqqında qanunauyğun şəkildə qərar qəbul edəcəkdir. Bu barədə iyun ayının ilk günündə Universitetin rəsmi internet saytı və facebook səhifəsi vasitəsilə məlumat veriləcəkdir.